Bu tədris ilində dərslər mayın 31-də başa catacaq
05 noyabr 2014 13:40 (UTC +04:00)

Bu tədris ilində dərslər mayın 31-də başa catacaq

Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə münasibət bildirib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə,  Nazirlər Kabinetinin 30 oktyabr qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir.

 

Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3623

Oxşar yazılar