Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədi ilə 2013-cü ildə 9 yeni hemodializ mərkəz istifadəyə verilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat daxil olub. Hazırda Azərbaycanda 30 belə mərkəzdə 2300-dən artıq hemodializ seansları dövlət hesabına aparılır.
Respublikada böyrək köçürmə əməliyyatları artıb.
Qeyd edək ki, ötən il 60 belə əməliyyat həyata keçirilib.