Azərbaycanda bir gecədə 2 zəlzələ - <span style="color:red;">YENİLƏNİB
15 mart 2014 11:00 (UTC +04:00)

Azərbaycanda bir gecədə 2 zəlzələ - YENİLƏNİB

Bu gecə Azərbaycanda ardıcıl 2 zəlzələ baş verib.


 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

İkinci zəlzələ isə yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1811

Oxşar yazılar