Azərbaycanda avtomobillərin axtarışda olub-olmamasına və zədələnməsinə dair elektron arayışlar veriləcək
14 noyabr 2014 02:37 (UTC +04:00)

Azərbaycanda avtomobillərin axtarışda olub-olmamasına və zədələnməsinə dair elektron arayışlar veriləcək

Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

 

Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə  və nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışların verilməsi daxil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728
avatar

Oxşar yazılar