“Anadangəlmə məxmərək” sindromuna görə yoxlamalar başlanıb
22 aprel 2016 14:10 (UTC +04:00)

“Anadangəlmə məxmərək” sindromuna görə yoxlamalar başlanıb

“Anadangəlmə məxmərək sindromu ilə əlaqədar ölkələr hələ heç bir addım ata bilmirlər”.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin epidemioloji nəzarət şöbəsinin əməkdaşı Nəzifə Mürsəlova deyib.

 

N.Mürsəlovanın sözlərinə görə, anadangəlmə məxmərək sindromu sonradan uşaqlarda çox ağır fəsadlar yarada bilər: “Lal-kar-kor uşaqlar, ürək qüsurları ilə doğulan uşaqlar, həmçinin yenidoğulanlarda qeydə alınan defektlərin bir qismi anadangəlmə məxmərək sindromu nəticəsində yarana bilər. Azərbaycanda məxmərək və qızılcanın ləğvinə nail olandan sonra növbəti addım olaraq bu işlərin görülməsinə başlanılıb”.

 Nazirlik rəsmisi bildirib ki, ötən həftədən ölkədə yeni doğulan uşaqların anadangəlmə məxmərək sindromu yoxlanılır: “Bu layihə hazırda pilot şəkildə 4 tibb ocağında-Oftamologiya Mərkəzində, Pediatriya İnstitutu, Uşaq Klinik Xəstəxanası və Əbülfəz Qarayev adına 2 saylı uşaq poliklinikasında icra olunur. Yeni doğulmuş uşaqlar ilk olaraq bu xəstəxanalarda qeydə alınır və qüsurları ilk dəfə olaraq burada məlum olur. Müəyyən kriteriyalar üzrə belə qüsurlar olarsa, həmin uşaqlardan mütləq qan nümunələri toplanacaq və müayinədən keçiriləcək. Əgər bu uşaqlarda anadangəlmə məxmərək sindromuna şübhə yaranarsa, həmin xəstəliyə qarşı imunoqlobinlər aşkar olunarsa, deməli, ana hamilə vaxtı məxmərək xəstəliyi keçirib. Bunun da qarşısını almaq üçün epidemioloji nəzarəti gücləndirməliyik. Epidemioloji nəzarətin bir qüvvəsi də pediatrlardır. Çünki ilk əlamətləri uşaqlar görürlər və bu işdə məsuliyyətli olmalıdırlar”.

 

Respublikanın baş pediatrı Nəsib Quliyev də əlavə edib ki, hazırda ÜST-nin Avropa Regional Bürosu ilə birlikdə qızılca və məxmərəyin üzərində epidemioloji nəzarət gücləndirilib: “ Hətta anadangəlmə məxmərək sindromu ilə bağlı artıq nəzarət aparılır. Şübhəli xəstələrdən qan nümunələri götürülür. Referens laboratoriyada bu uşaqda və ya onun anasında məxmərəyə aid əsər-əlamət varsa, onlar nəzarətə götürülür və müvafiq tədbirlər görülür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Fərizə Əhmədova

Oxşar yazılar