Azərbaycana miqrant daha çox bu ölkələrdən gəlir
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayını açıqlayıb.
APA xəbər verir ki, qurumun 6 aylıq hesabatına həsr olunan mətbuat konfransında açıqlama verən Xidmət rəisi bildirib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilən miqrantların sayında 30 faiz azalma müşahidə olunur: "Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır".
606