Azərbaycan türklərinin tədbirinə ETTELLAT basqın edib
12 dekabr 2013 22:02 (UTC +04:00)

Azərbaycan türklərinin tədbirinə ETTELLAT basqın edib

Güney Azərbaycanın bir sıra bölgələrində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri başçılığı ilə qurulan Azərbaycan Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub.

 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu günlə bağlı dekabrın 12-də yerli vaxtla 14:00-16:00 arasında Güney Azərbaycanın Qoşaçay (Miyandab) rayonunun Qıcılı kəndində 21 Azər Hərəkatı şəhidlərindən biri, Xanəli Motiinin məzarı başında anım mərasimi keçirilib. Ancaq İran ETTELAAT-ının əməkdaşları tədbirə basqın edərək, mərasim iştirakçılarına qarşı güc işlədib.

 

Həbsə alınanların əksəriyyəti Qoşaçay, Marağa və Məlikkəndi (Məlikan) şəhərlərinin sakinləridir. Onlardan 5 -nin ad və soyadları müəyyənləşib - Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər (hamısı Qoşaçay şəhərindən) və Muxtar (Artan) İbrahimidir (Məlikkəndi).

 

Hazırda həbsə alınan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339
avatar

Oxşar yazılar