Köhnə dost, köhnəlməyən AzTV
Bizim hər birimizin tanışları, dostları arasında müxtəlif televiziya kanallarında, o cümlədən də, Azərbaycan Televiziyasında işləyən insanlar var. Biz onların öz peşələrinə böyük sədaqətinin və məhəbbətinin dönə-dönə şahidi olmuşuq. Hər görüşümüzdə daha çox onlar danışıb; çəkilişdən, montajdan, verilişlərə tamaşaçı marağından və tələbkarlığından, arzularından, həyata keçirmək istədikləri yeni layihələrdən ...
Onların çoxu ailəlidir, övlad sahibidir, ev işləri ilə, dükan-bazarla, mətbəxlə uğraşırlar, xüsusilə də qadınların, anaların qayğısı daha çoxdur. Ancaq onlar bütün məişət və sosial problemlərini hər səhər çiyinlərindən aşırıb evdə qoyur... və iş yerinə tələsirlər. Bəzən gecə yarıyadək uzanan montajdan, çəkilişdən sonra zəngləşəndə hiss olunur ki, yorğunluqdan dilləri söz belə tutmur. Nəyə görə bunu belə dəqiq detallarla təsvir edirik? Ona görə ki, televiziyada işləyən bu yaradıcı insanların qabiliyyətinin, istedad və bacarıqlarının, əziyyət və zəhmətinin son məhsulu – verilişdir ki... bəzimizin bu verilişlərə baxmağa ya macalımız olmur ya da həvəs və maraq göstərmirik.
Ən əsası da odur ki, tez-tez çoxları etinasızcasına “Mən ümumiyyətlə, yerli kanallara baxmıram!” – deyib xarici televiziya kanallarında veriliş “ovu”na çıxmağı ilə qürrələnir, özünü cəmiyyətin fərqli bir fərdi sayır. Təbii ki, bir vətəndaş, yurdsevər insan və televiziya işləyən dostlarımızın böyük zəhmətindən xəbərdar bir ziyalı və tamaşaçı kimi bu, bizi çox incidir. Bir anlıq təsəvvür edək ki, bu insanlar da min bir əziyyətlə məhsul yetişdirib onu bazara çıxaran, ancaq müştəri tapmayıb məyus halda evinə dönən əkinçi kimidir... Bircə fərq var ki, əkinçi bizim maddi təminatımızın qayğısına qalır, yaradıcı insanlarsa, mənəviyyatımızın zənginləşməsinə hamisi olmaq üçün çalışırlar.
Bu halda yada düşən yenə də köhnə dost – heç vaxt köhnəlməyən Azərbaycan Televiziyası olur. Etiraf etmək lazımdır ki, həm AzTV-də, həm “Mədəniyyət” kanalında hazırlanan verilişlərin aktuallığı, dövlət və dövlətçiliyi qorumaq, qazanılan uğurları təbliğ etmək səriştəsi digər özəl kanalların təqdim etdikləri, “reytinqli” verilişlərdən xeyli fərqlənir. Biz bu kanalda müstəqil dövlətimizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, qabaqcıl təcrübədən bəhs edən verilişlərə son bir neçə ay daha çox rast gəlirik. Hazırlanan tok-şoular, ictimai-siyasi və bədii-publisistik verilişlərin həm məzmunu, həm təqdimat forması, həm də aktuallığı ilə seçilən bu verilişlərin xəttini təşkil edən müqəddəs bir mövzu Azərbaycanın haqq səsini dünyaya çatdırılmasıdır. Görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmaq, ölkəmizi tanıtmaq əsas xətdir. Azərbaycan Televiziyasında son bir neçə ayda ciddi nəzərə çarpacaq dərəcədə hiss olunan canlanma yaradıcı insanların hamısına, xüsusən də bizim orada çalışan dostlarımıza da stimul verib. Söhbətlərinin istiqaməti rəngarəngləşib, yaradıcılıq ruhu yüksəlib. Hazırladıqları verilişlərin məzmunundakı maraqlı yenilik var. Bunların bədii və texniki təqdimatındakı yeniliklər, hər bir epizod və detal gözə çarpan yeniliklər və təqdimat əlvanlığı ilə yadda qalır. Verilişlərdə müzakirəyə mövzuların aktuallığı, cəmiyyətin həyat ritmi ilə həmahəng olduğu yaradıcı insanlar daha həvəslə ədəbilik. qayğısına qalır, tariximizin naməlum səhifələrini vərəqləyir, tədris və tərbiyə sahəsində uğur qazananların təcrübəsindən mədəniyyət aləmində baş verən yeniliklər operativ olaraq tamaşaçı və dinləyici auditoriyasına çatdırır. Bütün bunlar ilk olaraq tamaşaçı zövqünün formalaşmasına səbəb olur. Əminik ki, yaradıcılıq ilhamı üçün bu yeni yayım tərzi çox maraqlıdır. Tamaşaçılar inanırlar ki, xalqımızın mənəvi sərvəti, milli varlığı, dünəni, bu günü və təbii ki, müasir gəncliyin çiynində, arzu və ümidlərində pərvazlanan gələcəyini tərənnüm edən mövzuları ilə bundan sonra da sözün əsl mənasında cəmiyyətin aynası olacaq, onun tarixini yaradan insanlar da daha böyük əzmkarlıq və yaradıcılıq eşqi ilə çalışacaqlar. Biz bu gərgin və şərəfli yolda dostlarımıza və bütövlükdə Azərbaycan Televiziyasında məhəbbətlə və məsuliyyətlə çalışanlara uğurlar arzulayırıq.
Hər zaman evimizin çağırılmamış qonağı olan bu insanlara böyük məhəbbət və sayğı ilə:
Şamil Rəhmanzadə, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi;
Adilə Ağabəyova, AMEA-nın Tərcümə və Nəşriyyat şöbəsinin böyük elmi işçısı;
Sahibə Hacıyeva, AMEA-nın Tarix İnstitutunun elmi işçisi;
Təranə Hacıyeva, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstituKöhnə dost, tunun Elektron Resurslar şöbəsinin baş biblioqrafı.
1161