64-cü yerdəyik
02 oktyabr 2013 11:45 (UTC +04:00)

64-cü yerdəyik

Qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 73-cü, Rusiya 51-ci, Türkiyə 60-cı, İran 94-cü yerdə qərarlaşıb


 

Ümumdünya İqtisadi Forumu (ÜİF) İnsan Kapitalı İndeksi (Human Capital Index) üzrə ilk reytinqini açıqlayıb.

 

APA-Economics”in xəbərinə görə, 122 ölkənin yer aldığı reytinqdə bu indeks təhsil, səhiyyə, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanlarını qiymətləndirir.

 

İlk üçlükdə İsveçrə, Finlandiya və Sinqapur qərarlaşıb. İlk onluqda isə Şimali Avropanın 7 ölkəsindən 6-sı, o cümlədən Almaniya (6-cı yer) və Böyük Britaniya (8-ci yer) yer alıb.

 

Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutub. ÜİF-in məruzəsində Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdədir. Ölkəmizin ən zəif göstəricisi isə uzunömürlülük və uşaq ölümünün səviyyəsində özünü göstərib – 94-cü yer.

 

İnsan Kapitalı İndeksi reytinqində qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 73-cü, Rusiya 51-ci, Türkiyə 60-cı, İran 94-cü yerdə qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar