"Sivilizasiyaların qovuşunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var”. Lent.az-ın məlumatına görə, bu, prezident İlham Əliyevin alimlərin I qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunda qeyd olunur.
Dövlət başçısı vurğulayıb ki, xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasına özünəməxsus rol oynayıb, mədəniyyətlərarası dialoqun qurulması bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qoruyub saxlaması işinə misilsiz töhfələr verib.
“Elmimiz tarixində 20-ci əsrdə taleyüklü hadisələrlə zəngin olub. Milli ELmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaradıb. Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir.
Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi potensialımızın ölkənin dinamik yüksəlişi naminə yeni innovativ prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil edəcək.
İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir. Bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaq".

Azərbaycan alimlərinin I qurultyında prezidentin məktubu oxunub
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06