Gənclər və idman naziri Azad Rəhimov avqustun 29-da saat 11-də Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi 148) vətəndaşlar üçün qəbul keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Mingəçevir şəhərindən, eləcə də, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Ağsu rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Qəbul haqda vətəndaşları məlumatlandırmaq məqsədilə rayon gənclər və idman idarələri tərəfindən əhalinin sıx olduğu yerlərdə elanlar asılıb və qəbula yazılanların ilkin siyahısı hazırlanıb.
Qəbulda həmçinin, Gənclər və İdman Nazirliyinin müvafiq şöbələrinin, struktur qurumlarının və tabeçiliyində olan təşkilatların rəhbərləri də iştirak edəcəklər