Aydın Əhmədov: “Məktəbəqədər hazırlığı məktəblərdə də təşkil etmək olar"
24 dekabr 2013 13:42 (UTC +04:00)

Aydın Əhmədov: “Məktəbəqədər hazırlığı məktəblərdə də təşkil etmək olar"

 “Təhsildə ən vacib məsələlərdən biri məzmunun dəqiq və düzgün müəyyənləşdirilməsidir”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil işçiləri üçün keçirilən dəyirmi masada çıxışı zamanı deyib. Şöbə müdiri qeyd edib ki, təhsildə nəyi öyrətdikdən sonra necə öyrədilməsi məsələsinin hansı yollarla həyata keçirilməsi sualı meydana çıxır. Strategiyada təhsil proqramlarının (kurukilum) təkmilləşdirilməsi, yeniləşməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycanın ümumtəhsil sistemində məzmun islahatları 1999-cu ildən başlayıb, 2004-cü ildə bu özünün yüksək səviyyəyə çatıb, 2008-2009-cu ildən bu məzmun proqramlar şəklində məktəblərdə tədris olunur.

 

A. Əhmədovun sözlərinə görə, Dövlət Strategiyasında məktəbəqədər hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb: “Təhsil haqqında” qanunda məktəbəqədər hazırlıq zəruri hesab olunurdusa, strategiya sənədində bu məsələ məcburidir. Məktəbəqədər hazırlığın təşkili uşaq bağçalarında həyata keçirilir. Uşaq bağçalarında müəyyən problemli cəhətlər göstərilir. Düşünürük ki, məktəbəqədər hazırlıq mərhələsini məktəblərdə də təşkil etmək olar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar