Azərbaycanda ən çox avtomobil qəzaları bazar ertəsi günündə baş verir. Lent.az-ın məlumatına görə, bu barədə İcbari Sığorta Bürosundan (İSB) fins.az-a bildirilib.
2013-cü ildə avtomobillərin icbari sığortası (AVSMMİS) üzrə qeydə alınmış sığorta hadisələrinin 30,5%-i, yəni 5,128-i qeyri-iş günlərinə (bayram günləri daxil olmaqla), 11,672-i (69,5%) isə iş günlərində baş verib. Sığorta hadisələrinin daha çox həftənin bazar ertəsi günü, ay olaraq isə iyul ayında baş verməsi müşahidə olunub. Araşdırmalar göstərib ki, istirahət və bayram günlərində baş verən qəzalar daha ağır olur. Belə ki, qeyri-iş günlərində baş vermiş sığorta hadisələri üzrə ödənişlərin orta məbləği 1 440 manat, iş günlərində baş vermiş hadisələrə görə ödənişlərin orta məbləği isə 1 280 manat təşkil edib.