Azərbaycanlı yeniyetmənin beynəlxalq olimpiadada uğurlu iştirakı - <span style="color:red;">FOTO
29 avqust 2019 10:47 (UTC +04:00)

Azərbaycanlı yeniyetmənin beynəlxalq olimpiadada uğurlu iştirakı - FOTO

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.
 
Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər. 
 
Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.
 
Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.
 
Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.
# 921
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar