ATV yerləşdiyi binadan çıxarılacağı xəbərə aydınlıq gətirib
27 dekabr 2013 19:25 (UTC +04:00)

ATV yerləşdiyi binadan çıxarılacağı xəbərə aydınlıq gətirib

“Azad Azərbaycan” (ATV) teleradio şirkəti yerləşdiyi binadan çıxarılacağı ilə bağlı xəbərə aydınlıq gətirib.

“ATV Xəbər”in baş redaktoru Vaqif Aydınoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin adından “Azad Azərbaycan” MTK-nin yerləşdiyi bina ilə bağlı KİV-də yayılmış xəbər əsassızdır.

 

O, qeyd edib ki, yayılan bu xəbərlər tamamilə yanlışdır: “Hətta AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Akademiya rəhbəri belə bir fikirlə çıxış etməyib”.

 

Xatırladaq ki, bəzi mətbuat orqanlarında AMEA prezidenti, akademik Akif Əlizadəyə istinadən ATV-nin Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasından çıxarılacağı barədə yazılar dərc olunub: “Çünki həmin bina AMEA-nın balansındadır. Binanın boşaldılması üçün ATV rəhbərliyinə də müraciət edilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar