ATU-nun məzunları diplomları yeni qayda ilə alacaqlar
22 may 2014 17:53 (UTC +04:00)

ATU-nun məzunları diplomları yeni qayda ilə alacaqlar

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov 2014-cü ilin bakalavr, magistr və ali tibb təhsilinin baza tibb təhsili üzrə dövlət attestasiya komissiyasının rəhbərliyi və üzvləri ilə görüşüb. ATU-dan Lent.az-a verilən xəbərə görə, Ə.Əmiraslanovun attestasiya komissiyasının sədrləri ilə görüşündə universitetin prorektorları və tədris şöbəsinin əməkdaşları iştirak edib.

 

160-a yaxın komissiya üzvünün iştirak etdiyi digər görüşdə attestasiya imtahanlarının təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

 

Ə.Əmiraslanov dövlət attestasiyasının nəticələrinə görə məzuna müvafiq dərəcə və diplomun verilməsi haqqında qərar çıxarılmasının şəffaflığı, komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi haqda müvafiq göstərişlər verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839
avatar

Oxşar yazılar