Bu universitetin mətbuat katibi işdən çıxdı
Azərbaycan Texniki Universitetinin (ATU) mətbuat katibi Nicat Abdullayev vəzifəsindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, geridə qoyulan 3 ildən artıq müddətdə həm PR, həm də ali təhsil sahəsində biliklərini artırıb:
“Texniki yönümlü olmasına rəğmən, AzTU, bu işdə mənim üçün bir məktəb oldu. Universitet rəhbərliyinə və kollektivə təşəkkür edirəm.
Fəaliyyətimi isə jurnalistikanın başqa bir sahəsində - TED.az-da davam etdirəcəm”.
961