Attestatların verilməsinə başlanıldı
03 iyul 2019 10:07 (UTC +04:00)

Attestatların verilməsinə başlanıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.
 
Bu barədə Lent.az-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2017-ci ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.
 
Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
 
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar