Astarada bulvar salınıb
16 mart 2015 17:42 (UTC +04:00)

Astarada bulvar salınıb

Astara rayonu İcra Hakimiyyəti tərəfindən aparılan tikinti-abadlaşdırma işləri özünün əvvəlki surətilə davam etdirilir. Lent.az-ın məlumatına görə, rayonda hazırda icra olunan yeni layihələrdən biri Xəzər dənizi sahilində salınan Bark-bulvar kompleksidir.  İranla sərhəd ərazidə yerləşən dənizkənarı Bulvarın uzunluğu 700 metrdir və 5 hektar ərazini əhatə edir. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev jurnalistlərlə görüşündə bildirib ki, gələcəkdə Bulvarın ərazisini 25 hektara çatdırmağı planlaşdırırlar. Park-bulvarın olduqca problemli ərazidə salındığını deyən icra başçısı əvvəlcə dənizin sahilinin qamışlıqdan və tullantılardan təmizləndiyini, bataqlıqların qurudulduğunu qeyd edib.

 

Ərazidə idman kompleksi, otel və koteclər də inşa olunur. Bundan başqa, layihədə pulvar ərazisində uşaqlar üçün müxtəlif atraksionların qurlaşdırılması da nəzərdə tutulub. Ötən il başlamış tikinti işləri artıq yekinlaşmaq üzrədir. Hazırda bulvarda yaşıllaşdırma, ağacəkmə tədbirləti həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar