
Tavada keksi belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla tavada kakaolu keks resepti ilə tanış edəcəyik.
Tərkibi:
3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanilin, 1 stəkan süd, 1/2 stəkan duru yağ, 2 stəkan un, 3 yemək qaşığı kakao, 1 paket qabartma tozu
Hazırlanma qaydası:
Keksi hazırlayacağımız qaba yumurtanı, vanilini və şəkər tozunu əlavə edib, köpürüb, ağarana qədər çalırıq. Sonra içinə süd, duru yağ, un, kakao və qabartma tozunu əlavə edib qarışdırırıq.
Keksi bişirəcəyimiz tavanı öncə yağlayaraq, üzərini unlayırıq və hazır olan xəmiri əlavə edib, qapağını örtürük. Qapağın dəlik hissəsini bağlayır və ocağın orta gözünə 4 qatlanmış falqa kağızını yerləşdiririk ki, keks yanmasın. Şirniyyatı ən zəif odda 40-45 dəqiqə bişiririk. Üzərini isə zövqə görə bəzəyib servis edirik.
Nuş olsun!
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12