Arzu Rəhimov Türkiyənin müdafiə nazirinin müavinini qəbul edib
21 may 2014 15:24 (UTC +04:00)

Arzu Rəhimov Türkiyənin müdafiə nazirinin müavinini qəbul edib

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Türkiyənin milli müdafiə nazirinin məsləhətçi müavini Osman Ünlünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Dövlət Xidmətindən məlumat verilib. Görüşdə səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi,  bu sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Türkiyə nümayəndə heyətinin səfəri mayın 24-də sona çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar