[b]AQTA adından rüşvət alan növbəti DƏLƏDUZUN GÖRÜNTÜLƏRİ yayıldı[/b]
17 aprel 2019 13:18 (UTC +04:00)

[b]AQTA adından rüşvət alan növbəti DƏLƏDUZUN GÖRÜNTÜLƏRİ yayıldı[/b]

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan növbəti şəxslə bağlı şikayət araşdırılıb.

 

AQTA-dan Lent.az-a daxil olan məlumata görə, araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb.

 

Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən  olunub.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin  şəxsin Agentliyin  əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.

 

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat verməyi xahiş edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Aygün İbrahimli

Oxşar yazılar