Aqiyə Naxçıvanlı rektorun qovulmasına münasibət bildirdi
13 dekabr 2013 12:57 (UTC +04:00)

Aqiyə Naxçıvanlı rektorun qovulmasına münasibət bildirdi

Azərbaycan Müəllimlər İnstitutunun (AMİ ) Gəncə filialının direktoru Ramiz Məmmədovun vəzifəsindən azad edilməsinə AMİ-nin rektoru Aqiyə Naxçıvanlı sərt reaksiya verib.

 

Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, A. Naxçıvanlı rektorun işində ciddi nöqsanların olduğunu bildirib: 

“İşində yoxlanışlar aparılıb, ciddi nöqsanlar aşkar edildiyi üçün vəzifəsindən azad edilib. Bundan başqa nə səbəb ola bilər ki? İşini düzgün apara bilməyən işdən azad olmalıdır”.

Sabiq direktorun işini kimin icra etməsinə gəlincə, A. Naxçıvanlı qeyd edib ki, bu barədə bu gün qərar veriləcək.

“Hələ ki, kimin təyin olması barədə tez-tələsik qərar vermək istəmirik. Bu gün şura yığışıb, onun işinin müvəqqəti olaraq kimin icra etməsi barədə qərar qəbul edəcək. Amma direktorun kim olacağı hələ bilinmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar