<b>Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır</b>
03 aprel 2018 11:18 (UTC +04:00)

Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır

0
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti  sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
 
 
Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel  saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq.
 
 
Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur. İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar