Aprelin 1-dən ali məktəblərə ərizə qəbulu başlayacaq
19 mart 2014 11:20 (UTC +04:00)

Aprelin 1-dən ali məktəblərə ərizə qəbulu başlayacaq

“Abituriyent” jurnalının 2-ci sayı nəşrə hazırlanır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Komissiya tərəfindən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən (həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün) internet vasitəsi ilə ərizələrinin qəbulu aprel ayının 1-dən 30-dək aparılacaq. 

Ərizə qəbulu haqqında elanın tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunaraq mart ayının sonlarında ictimaiyyətə təqdim olunacaq. Jurnalda elektron ərizə verən abituriyentlər üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə), 2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr öz əksini tapacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar