
Aparıcımız yenə məşhur qəzəli səhv saldı - VİDEO
Lider TV-nın efirində biabırçı səhv buraxılıb.
Lent.az baku.ws-ə istinadla xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.
Verilişin qonaqlarından biri - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb.
Aparıcı Dilşad Əhmədova dalbadal iki böyük səhvə yol verir.
Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edir. Aparıcı savadsız təqdimatının ardınca daha bir bağışlanılmaz səhv edir. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edib. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edib.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22