
Orqanizm üçün zərərli məhsullar AŞKARLANDI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Abşeron rayonu, Novxanı kəndində anti-sanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Agentliyin əməkdaşları həmin ərazidə monitorinq keçirib.
Bu barədə Lent.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı şikayət təsdiqlənib. İlkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 700 kiloqram pendir, yağ, qaymaq, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib. Baxış zamanı məhsulların istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı, məhsulların saxlandığı anbarın antisanitar vəziyyətdə olduğu müşahidə olunub. Eyni zamanda, istehsal prosesində istifadə olunan bəzi avadanlıqların paslandığı, qida məhsulların üzərilərində isə yad cisimlərin olduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyati qurumlarla birgə tədbirlər davam etdirilir.
Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54