AMEA və Litva Elmlər Akademiyası arasında memorandum imzalanıb
16 yanvar 2014 14:31 (UTC +04:00)

AMEA və Litva Elmlər Akademiyası arasında memorandum imzalanıb

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Latviya Elmlər Akademiyasının (LEA) prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.  Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.

 

Akademiyanın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan və Latviya respublikaları arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Oyars Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarının diqqətinə çatdırıb.

 

Təkliflərin müzakirəsindən sonra A. Əlizadə qeyd edib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdır. Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layi­hə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirilə bilər.

Görüşün sonunda “Latviya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında” Memorandum imzalanıb.

 

Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar