Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında kadrların yaşlaşma məsələsi var və bunu danmaq olmaz”.
APA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. A. Əlizadə bildirib ki, bu gün ölkədə alimlərin orta yaşı kifayət qədər püxtələşmiş yaşdadır: “Əgər bu gün gənclər həmin püxtələşmiş alimlərin yanında olarsa, onların təcrübələrindən faydalanarsa, onun inkişafı, çox uğurlu nəticələri ola bilər. Gənc alimi hazırlamaq üçün məktəbdən başlayıb müəyyən işlər görmək lazımdır. Məktəb vaxtlarından gəncləri elmə cəlb etmək mümkün olsa, Azərbaycanın gənc elmi kadr baxımından təmin olunar”.
AMEA prezidenti vurğulayıb ki, Gənc Alim və Mütəxəssislər Şurası gələcəkdə məktəblərdə elm guşələri yarada bilər. A. Əlizadə qeyd edib ki, bu guşələrin yaradılması ölkədə gənclərin elmə marağının artırılmasına, onların bu sahəyə axınına təkan verər.