AMEA ölkədə elmi jurnalistikanı formalaşdırmağa çalışır
19 may 2014 18:19 (UTC +04:00)

AMEA ölkədə elmi jurnalistikanı formalaşdırmağa çalışır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin 1 yaşı tamam olur. Şöbənin rəhbəri Səid Hüseynovun Lent.az-a verdiyi məlumata görə, ötən il mayın 29-da Rəyasət Heyətinin qərarı ilə yaradılmış şöbənin təşəbbüsü ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr işinin təşkilinə 40-dan çox məsul əməkdaş cəlb olunub. Jurnalistlərdən ibarət geniş şəbəkə təşkil edilib. Onlar son 1 ildə Akademiyanın fəaliyyətini təbliğ ediblər. Bu iş əsasən tədbirlər və tədqiqat layihələri haqqında xəbərlər əsasında həyata keçirilib: “Əsas hədəfimiz Azərbaycanda elmin populyarlaşması, o cümlədən elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya elmindəki nailiyyətlərin ölkəmizdə təbliğidir. Elmin populyarlaşdırılması yalnız AMEA-nın deyil, elmin özünün təbliğini tələb edir. Bu iş məhz elmi jurnalistika fəaliyyətidir. Jurnalistikanın bu sahəsi Azərbaycanda hələ formalaşmayıb. Ona görə də ölkədə elmin təbliği hazırda elmi tədqiqatların nəticələri haqqında kiçik xəbərlər yazmaqla aparılır. AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul şəxsləri tədqiqatların nəticələrinin elmi izahını geniş məqalələrlə açmaqda çətinlik çəkirlər. Bu, təbiidir, çünki şəbəkə hələ yeni təşkil olunub”.

 

S. Hüseynov bildirib ki, Azərbaycanda elmi jurnalistikanın formalaşdırılması üçün AMEA-nın jurnalistlərinə, həmçinin KİV-lərin əməkdaşlarına təlim və seminarlar keçirmək nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar