AMEA institutlarında monitorinq keçiriləcək
03 iyul 2013 13:57 (UTC +04:00)

AMEA institutlarında monitorinq keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının İKT ilə təminatı vəziyyətinin monitorinqi keçiriləcək. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib. Bu məqsədlə AMEA institut və təşkilatları müvafiq formanı doldurmaqla AMEA Rəyasət Heyətinə  təqdim etməlidirlər.

 

Formada əməkdaşların ümumi sayı, kompüterlərin - fərdi (Desktop) kompüter, notebook, planşet, netbook, server, işçi stansiya; periferiya avadanlıqlarının - printer, skaner, surətçıxarma aparatı, veb-kamera, rəqəmli fotoaparat, rəqəmli videokamera, proyektor, digitayzer, plotterin sayı qeyd olunmalıdır.

 

Təşkilatın İnternetə çıxış sürətinin, veb-saytının, İnternet istifadəçilərinin, elmi jurnalların veb-sayt ünvanının, e-poçt ünvanı olan əməkdaşların sayının qeyd olunması da əsas tələblərdəndir. Bundan başqa, kompüterlərdə istifadə olunan lisenziyalı proqram vasitələrinin sayı, o cümlədən əməliyyat sistemləri, verilənlər bazalarının idarə edilməsi sistemləri, tətbiqi proqram vasitələri, antivirus proqramları qeyd olunmalıdır.

Eyni zamanda AMEA qurumları modem, ADSL, Wi-Fi, ayrılmış xətt, fiber-optik xətt, peyk antenası, İnternetə qoşulmuş kompüterlərin sayını göstərməlidirlər. Formada təşkilatın kompüter şəbəkəsinin növü - lokal, korporativ və ya intranet olması vurğulanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar