Azərbaycan Milli Elmlər Akademiyasının magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar bu gündən iyunun 10-dək Dövlət İmtahan Mərkəzinin internet saytında qeydiyyatdan keçməlidirlər. Bu barədə Lent.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar həmçinin 12-14 iyun tarixlərində AMEA-da müsahibədən keçməlidirlər.
AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında da verilib.