AMEA-nın institut direktoru vəzifəsindən getdi
13 mart 2014 14:14 (UTC +04:00)

AMEA-nın institut direktoru vəzifəsindən getdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev vəzifəsindən azad olunub.


 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, A. Əliyevin səlahiyyətlərinə öz xahişi əsasında xitam verilib.

 

İnstitutun elmi işlər üzrə direktor müavinləri - AMEA-nın müxbir üzvü Mübariz Əhmədov və kimya üzrə elmlər doktoru Vaqif Əhmədov da öz xahişləri ilə tutduqları vəzifədən azad olunublar. AMEA Rəyasət Heyətinin qərarı ilə institutun direktoru vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev icra edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar