Bu il aprelin 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik umumi yığıncağı keçiriləcək. AMEA-dan Lent.az-a daxil olan məlumata görə, bu barədə Rəyasət Heyəti qərar qəbul edib, tədbirin gündəliyi təsdiq olunub.
Yığıncaqda Akademiyanın 2013-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, qurumun yeni nizamnaməsinin layihəsi ətrafında müzakirələr aparılacaq. Sözügedən hesabat məcmuəsi "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində nəşr olunacaq.