AMEA-da magistratura təhsili veriləcək
25 sentyabr 2013 14:46 (UTC +04:00)

AMEA-da magistratura təhsili veriləcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü ildən AMEA-da magistratura təhsilinin həyata keçirilməsini nəzərdə tutur.


 

Bu barədə APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. O bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara təkliflər verilib. Akademiya 2014-cü ildən etibarən magistratura səviyyəsi üzrə kadr hazırlığına başlamağı planlaşdırır.

 

İ.Həbibbəyli ölkədə magistratura təhsilinin Təhsil Nazirliyinin səlahiyyətində olduğu halda bu işlərin necə həyata keçiriləcəyini də açıqlayıb. O qeyd edib ki, dünya təcrübəsində akademiyaların da magistratura və doktorantura təhsili var: “Bakalavr pilləsi isə birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə aiddir. Amma doktorantura hər zaman AMEA-da olub və akademiyada magistraturanın olması bir çox ölkələrdə mövcuddur. Amma yenə də bakalavrın magistratura pilləsi üzrə Təhsil Nazirliyi məşğul olur. Müəyyən bir ehtiyat kadrları hazırlamaq baxımından bu işlə akademiya məşğul ola bilər. Dünyada buna bənzər analoqlar var. Akademiyanın yeni rəhbərliyi də 2014-cü ildən AMEA-da magistratura təhsili həyata keçirməyi nəzərdə tutur”.

 

AMEA-nın vitse-prezidenti hesab edib ki, magistraturaya qəbul ölkədə vahid qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar