AMEA-da idarə rəisi vəzifəsindən azad edildi
17 oktyabr 2013 17:21 (UTC +04:00)

AMEA-da idarə rəisi vəzifəsindən azad edildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent. az-a verilən məlumata görə,  Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil və kadrlar şöbəsinin rəisi Sara Əfəndiyeva çoxillik qüsursuz və səmərəli əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

 

AMEA prezidentinin müşaviri Rəhim Hüseynov tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Mərkəzi Aparatın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov vəzifəsindən azad edilib. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1982
avatar

Oxşar yazılar