Şeyxülislam Çeçenistana gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 29-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərinə səfərə yola düşür.
Lent.az-ın xəbərinə görə, bu barədə QMİ məlumat verib.
A.Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondunun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı Beynəlxalq dini konfransda iştirak edəcək.
Şeyxülislam A.Paşazadə Beynəlxalq Dini Konfransda məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcək.
Oxşar yazılar

Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37