Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüşləri davam edir. Komissiyadan Lent.az-a verilən məlumata görə, Komissiya sədrinin növbəti qəbulu fevralın 28-də İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində olub. Qəbulda İmişli rayonunun sakinləri ilə yanaşı Ağcabədi, Ağdam, Füzuli, Beyləqan və Zərdab rayonlarından olan vətəndaşlar da iştirak ediblər.
Görüşlə bağlı vətəndaşlara kütləvi informasiya vasitələri və Komissiyanın internet resursları vasitəsilə öncədən məlumat verilib. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytında, TQDK-nın Ağcabədi Regional Bölməsində və müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.
Müraciətlərin çoxu bölgə sakinlərinin təhsil və təlim-tərbiyə sahəsindəki problemləri ilə bağlı olub.
Vətəndaşlar ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanları, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulda edilmiş yeniliklər barədə müraciətlər ediblər. Sakinlər həmçinin ali və orta ixtisas təhsili müəssisələrində təhsil prosesində qarşılaşdıqları çətinliklərlə bağlı Komissiya sədrinə sorğularını bildiriblər. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Ali məktəblərlə bağlı TQDK sədrinə müraciət olundu
Oxşar yazılar

Qusara yeni prokuror təyin olundu
18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq
18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan BÜRCLƏR
18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyul 2025 , 08:45
1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06