Aksiya keçirilən məktəbdə monitorinqin nəticələri ləğv edildi
22 may 2014 14:58 (UTC +04:00)

Aksiya keçirilən məktəbdə monitorinqin nəticələri ləğv edildi

Bakı Şəhəri üzrə Təhsil idarəsi Texniki Humanitar Liseydə şagirdlərin və valideynlərin aksiya keçirməsinə səbəb olan monitorinqə dair araşdırmanın nəticələrini açılayıb. BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Texniki Humanitar Liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılan;b və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən BŞTİ tərəfindən suallar araşdırılıb və  müəyyən sualların proqramdan kənar olması aşkarlanıb, monitorinqin nəticələri ləğv edilib.

 

Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq  bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.

BŞTİ-nin məlumatında qeyd olunur ki, Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447
avatar

Oxşar yazılar