Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi akademiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə qurumun inzibati məsələlərinin hüquq normaları çərçivəsində tənzimlənməsi, kargüzarlıq işlərinin lazımi səviyyədə qurulması istiqamətlərində aparılan işlərdən danışıb. AMEA elmi müəssisələrində kargüzarlıq işlərinin tələblərə cavab vermədiyini söyləyən R.Ağasiyev bu istiqamətdə sənədlərin forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edib.
İclasda AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdırlar. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri Elmi şuraların iclaslarında müzakirə olunmalıdır.