Akademik Zərifə Əliyeva Ukraynada yad edildi
29 aprel 2014 11:39 (UTC +04:00)

Akademik Zərifə Əliyeva Ukraynada yad edildi

Akademik Zərifə Əliyeva Ukraynanın İrpen şəhərində yad edilib. Lent.az-ın məlumatına görə, akademikin anadan olmasının 91–ci ildönümü münasibəti ilə İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin  fəalları   tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətindən söz açıb. Tədbirdə Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək   Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli  ömür-gün yoldaşı olan Zərifə Əliyevanın  şərəfli ömür yolundan söz açıblar .

 

Anım mərasimində İrpen Şəhərindəki Zərifə Əliyeva adına orta məktəbin şagirdlərinə Azərbaycanın Ukraynadakı səfirliyi və SOCAR Ukrayna  tərəfindən hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar