
Ana böyrəyini oğluna bağışladı
65 yaşlı ananın donorluğu ilə aparılan əməliyyat uğurla başa çatıb və xroniki böyrək çatışmazlığından əziyyət çəkən 38 yaşlı pasiyentə köçürülən böyrəyi orqanizm qəbul edib.
Lent.az məlumat verir ki, böyrəkköçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.
Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub:
“Böyrək çatışmazlığından xilas olan və sağlam həyata dönən pasiyentimizin vəziyyəti hazırda yaxşıdır. Hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır. Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açar. Bu baxımdan böyrəkköçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur. Pasiyentimizə bu xoşbəxtliyi ahıl yaşda olan anası bəxş etdi”.
Oxşar yazılar

Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24
Azərbaycanda xarici media - YENİ TƏLƏBLƏR
2 iyul 2025 , 10:18
Media Reyestrində olmadan fəaliyyət göstərənlər 5000 manatadək cərimələnəcək
2 iyul 2025 , 10:10
Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Bu BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02