Bu gün Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun açılışı olub. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, açılış tədbirində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov və digər dövlət və ictimaiyyət nümayəndələri iştirak edib.
Məlumata görə, yolun ümumi uzunluğu 59 km-dir. 2011-ci ilin noyabr ayında yolun əsaslə şəkildə yenidən qurulmasına başlanılıb və 2013-cü ilin dekabr ayında işlər sona çatıb.
Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir.