Afrikanın “qətlə yetirdiyi” azərbaycanlı dahi - <span style="color:red;">TARİX
23 fevral 2016 13:18 (UTC +04:00)

Afrikanın “qətlə yetirdiyi” azərbaycanlı dahi - TARİX

 

Azərbaycan futbolunun yetişdirdiyi ən böyük simadır. Və buna heç kimin şübhəsi olmasın. O, təkcə dahi futbolçu deyildi. O, əsl azərbaycanlıydı həm də. Moskvanın iddialı klublarından dəfələrlə təklif almasına baxmayaraq, Bakını sovet paytaxtına dəyişməmişdi. Sonradan elə özü də deyəcəkdi: “Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.


 

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda dünyaya gəlib. 1964-cü ildə “Neftçi”də debüt edib, “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci ilə kimi daşıyıb. SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

Yığma komandanın ilk 8 oyununda 7 qol vurmuş əfsanəvi hücumçu qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilib. 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış “Banya”, həmin il yığma komanda ilə dünya çempionatının yarımfinalında oynadı. Ümumilikdə, SSRİ yığmasının forması ilə 50 matçda meydana çıxmış Banişevski, 19 dəfə rəqib qapılarına yol tapdı. Karyerası ərzində yalnız “Neftçi” klubunun şərəfini qorumaqla bakılıların sevimlisi idi. SSRİ çempionatı və kuboku, həmçinin yığma komandanın heyətində 100 dəfədən artıq fərqləndiyi üçün bombardirlərin "Qriqori Fedotov klubu"na üzv qəbul edilmişdi.

 

Banişevski 1981-ci ildə “Neftçi”də məşqçi fəaliyyətinə başladı. Doğma komandasında iki mövsüm çalışmış Anatoli 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsini yerinə yetirdi.

 

Hə, lənətə gəlmiş Burkina-Fasoda…

 

...15 oktyabr 1987-ci ildə küçədəki səs-küyə oyanır. Yaşadığı otel paytaxt Uaqaduqunun mərkəzində, prezident sarayının qarşısındaydı. Otelin eyvanına çıxanda dəhşətə gəlir. Üsyançılar prezident Tomas Sankaranı devirmişdilər. Elə otelin qarşısındakı meydandaca qətlə yetirdilər. “Banya” şokdaydı. Tez-tələsik vətənə, SSRİ-yə qayıtmaq istəyirdi. Və qayıdacaqdı da. Amma özüylə bərabər qoxudan qazandığı şəkəri də aparacaqdı.

Hər ötən gün Banişevskini ölümə yaxınlaşdırırdı.

51 yaşında yaşı 70-i keçmiş qocanı xatırladırdı. Şəkər dişlərini də tökmüşdü,

Və bir gün…özünü də öldürdü.

 

Hə, yaddan çıxmamış bu məqamı mütləq qeyd edim, futbol tarixində çox olub, bir sıra klublar öz əfsanələrinin nömrəsini əbədiləşdirirlər. “Neftçi” də gərək bu addımı ata. “Banya”nın 70 illik yubileyi ərəfəsində…

 

“Neftçi”də isə “Banya”nın 9 nömrəsini az qala bütün qitələri gəzib özünə klub tapmayan, sonda yenə “ağ-qara”lara lazımlı olan çilili Kanales daşıyır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar