Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezidentin sərəncamıyla Afaq Məsud qızı Vəliyeva Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə direktoru təyin edilib.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsud Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
A. Məsud Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, yazıçı Məsud Əlioğlunun qızıdır.