ADU-da "Tələbə gənclər zorakılığa "YOX"deyirlər" təlimi keçirilib
24 noyabr 2014 14:29 (UTC +04:00)

ADU-da "Tələbə gənclər zorakılığa "YOX"deyirlər" təlimi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Tələbə gənclər zorakılığa “YOX” deyirlər!” layihəsi çərçivəsində maarifləndirmə təlimi keçirilib. Lent.az-ın məlumatına görə, layihə “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyi tərəfindən Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

İştirakçılar 2 günlük təlimdə insan haqları, zorakılığın mahiyyəti və formaları, məişət zorakılığı, bu sahədə mövcud beynəlxalq və mill qanunvericilik, qadınlara qarşı zorakılığın profilakrikasının yolları, bu sahədə tələbələrin üzərinə düşən vəzifələrlə tanış olublar. Gənclər qadınlara qarşı zorakılıqla mübarizə apamaq məqsədi ilə Azərbaycan Dillər Unuversitetində təşəbbüs qrupu yaratmaq və universitetin tələbələri arasında maarifləndirmə işini təşkil etmək niyyətindədirlər.

Qeyd edək ki, layihə çərçivəsində artıq Azərbaycan Pedoqoji Universitetində və Bakı Dövlət Universitetində təlim keçirilib. Növbəti maarifləndirmə təlimi Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar