Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib. Layihə “Tələbə rektor” adlanır. Bu gün universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsində gizli səsvermə keçirilib. Beş namizəd arasından Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov “Tələbə rektor” seçilib. Rektor və “tələbə rektor”un birgə iş günü aprelin 25-də təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birlikdə qəbul ediləcək. Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafıdır. Layihə ayda bir dəfə həyata keçiriləcək.

Oxşar yazılar

Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03
Sabah çimərliklərdə hava küləkli olacaq
8 iyul 2025 , 13:54
Dəri xəstəliyini yayanlara hansı cəza verilir? - CAVAB
8 iyul 2025 , 13:24
53 yaşında 13-cü diplomunu aldı
8 iyul 2025 , 13:09