Abşeron yarımadasında seysmiklik qiymətləndirilib
29 iyul 2019 15:42 (UTC +04:00)

Abşeron yarımadasında seysmiklik qiymətləndirilib

 
 
“Abşeron yarımadasını, o cümlədən Bakı şəhərini əhatə edən qırılmalarda seysmiklik qiymətləndirilib”. 
 
Bunu APA-ya AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.  
 
O bildirib ki, Yasamal rayonu ən çox tikinti aparılan ərazi olduğuna görə, orada son bir neçə ildə araşdırmalar aparılıb: “Yasamal rayonunda yeni tikililər olan ərazilər yoxlanılıb, qrunt sularının səviyyəsi öyrənilib. Eyni zamanda çox saylı tikinti sahələrindən alınmış məlumatlar əsasında Yasamal rayonunun seysmikliyi qiymətləndirilib".
 
Şöbə müdirinin sözlərinə görə, araşdırma son bir neçə ili əhatə edib və 2019-cu ilin əvvəlində başa çatıb: "Araşdırmaların nəticəsi olaraq, Yasamal rayonu 64 ballıq şkala üzrə 8 ballıq zonaya aid edilib”. 
 
V. Rafiqqızı qeyd edib ki, hazırda Abşeron və Bakının digər rayonlarının seysmikliyi ilə bağlı araşdırmalar aparılır: “Bakının Xətai, Sabunçu rayonlarında müvafiq işlər davam etdirilir. Səbail rayonu üzrə isə araşdırmalar ötən il yekunlaşıb. Abşeron rayonunda da tədqiqatlar aparılır. Bütün işlər yekunlaşandan sonra respublika üzrə seysmik risk xəritəsi hazırlanacaq”. 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar