Abbasqulu ağa Bakıxanov adına mükafat təsis edilib
11 iyun 2014 18:14 (UTC +04:00)

Abbasqulu ağa Bakıxanov adına mükafat təsis edilib

0

AMEA Abbasqulu Ağa Bakıxanov adına mükafat təsis edib. Lent.az-ın məlumatına görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bu il Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanovun anadan olmasının 220-ci ili tamam olur. “Prezident İlham Əliyevin fevralın 12-də imzaladığı “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələri nəzərə alaraq alimin adına mükafat təsis olunub və əsasnaməsi təsdiq edilib. Mükafat tarix, fəlsəfə, sosiologiya, hüquq, beynəlxalq münasibətlər və şərqşünaslıq sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə veriləcək”.
O qeyd edib ki, mükafata namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın elmi bölmələri, elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürüləcək

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 660

Oxşar yazılar