Aprelin 20-də keçirilən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməyib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
İmtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticəsi ləğv edilib. İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.